Müdafiə naziri pakistanlı generalla görüşdü

12:55 09.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanln müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

 

Bu barədə hafta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.